
Legend Barnhouse.Gabala evimiz haqqında Azərbaycanın gözəl təbiət guşəsi olan Qəbələ rayonunun Vendam qəsəbəsinin tam mərkəzində yerləşir. Evimiz istər romantik görüş, istər bal ayı,istər ailəvi, istərsə də iki nəfərlik xüsusi səyahət olsun, həyatın bu xüsusi anları üçün mükəmməl yerdir. Bu ev qonaqları rahatlıq və romantika atmosferi ilə sevindirmək üçün nəzərdə tutulmuşdur. İnteryer xüsusi atmosfer və təəssürat yaratmaq üçün nəzərdə tutulmuş dekorativ elementlərlə dəbdəbəli və zərifdir.Evimiz, tikilən konstruksiyası dəmir,taxta olan A- frame evi deyil, evimiz 12×8 ölçüdə monolit beton və daşdan tikilmiş və mansard tipli qədim skandinaviya, içveçrə tikinti üslubunu özündə birləşdirən barnhouse stilində ,cəmi 190 Kv ibarət olan Dövlət Əmlak Komitəsindən qeydiyyatdan keçən, çıxarışı olan evdir. Evimiz haqqında hər detalına qədər hər şey yazmaq olar, ancaq gəlin özünüz görün. Evimiz 4 yataq otağından, 1 geniş mətbəxi içərisində olan qonaq otağından, evin içərisində olan 2 sanuzel, 1 çöl sanuzeldən, geniş söhbətgahdan, isti hovuzdan ibarətdir.Qonaqlar istilik və rahatlıq atmosferi yaradaraq kamin rahatlığından həzz ala bilərlər.Hər otaqda kondisioner vardır .Evimiz rahatlıqla 12+ nəfərə kimi qonaq qəbul edə bilir. Gündəlik qayğıları unudun, Legend Barnhouse.Gabala evimizdə özünüzü lüks və rahatlıq dünyasına qərq edin və ailənizlə unudulmaz xatirələr yaradın.